I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

Azərbaycan Təhsil Nazirliyi I kurs tələbələrinin qeydiyyat müddətini uzadıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.   

Tələbələrin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatının aparılması üçün qeyd edilən müddətədək https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma