Ermənistan tərəfi atəşkəsi pozmayan Azərbaycan ordusu haqda dezinformasiya yayır – FOTO

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir, lakin bunun əksi olaraq Ermənistan silahlı qüvvələri bizim ərazilərə hücumlarına davam edir.

TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində, bu gün saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində PUA-ları hava hücumu edib.  Azərbaycan ordusu ərazisini müdafiə etmək məqsədi ilə düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən PUA-larını məhv edib.

Bununla yanaşı, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır, çünki Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü diqqətinizə təqdim edirik:

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Milli Ordumuz humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

Leave a Reply