Diqqət! Azərbaycan bankları adından saxta məktublar göndərilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından saxta e-poçtlar göndərildiyini qeydə alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, göndərilən e-poçtlarda guya əsas serverlərin erməni xakerlər tərəfindən hücuma məruz qaldığından məktubların “proxy” serverlər üzərindən göndərildiyi və vətəndaşların bank hesablarına edilən hücumlarla bağlı Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən ictimaiyyətə bank hesablarından vəsaitlərin çıxarılması ilə bağlı müraciət olunduğu bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Düşmənin məqsədi dezinfomasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və ilk öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

“Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik”, – deyə qurum müraciətində qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma