Ermənistanın bizə olan bu nifrətini etdiyimiz hansı yaxşılığımızla haqq etdik -FOTO (Yenilənib)

Bu günlərdə Ermənistanın dünya ictimaiyyətinə Dağlıq Qarabağ münagişəsinin dini münagişə kimi təqdim etməsi cəhdləri, güya ki, Azərbaycan ordusunun qəsdən Erməni kilsəsinə raket atması haqda məlumatlarını oxuduqda, istər-istəməz bu cür adamlara heyrətə qəlir insan.

Eyni zamanda, Azərbaycan xalqının insan pərvərliyinə, hummanizminədə heyrətə qəlirəm… Bir millət illər öncə, keçmiş əsrdə digər, erməni, xalqına torpaq bəxşiş edir ki, qoy sizin də bir dövlətiniz, vətəniniz olsun, orda bir millət olub yaşayın. Bunun əvəzində isə illərcə türkə, azərbaycanlıya düşmən gözü ilə baxan bir nəsil insan böyüdürlər. Daha sonra isə Azərbaycan torpağının çörəyini yeyib, üstündən suyunu içən, gözəl mənzərəli yerlərdə yaşayan bu millət dönüb Azərbaycanın digər torpaqlarınıda işğal edir və bu torpaqlarda yerləşən Azərbaycanın dini, mədəni və tarixi abidələrini darmadağın edir və bu təsadüfən müharibə nəticəsində deyil, qəsdən edilir.

Baxın aşağıdakı şəkillərə bu dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər təsadüf deyil, bu illərlə türkə bəslənən nifrətin təzahürüdür. Biz bunu hansı yaxşılıqlarımızla haqq etmişik?

Bu fotolarda ermənilərin işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklər əyani şəkildə əksini tapır.

Qarabağa gələn xarici qonaqlarına bu vəhşiliklərini nümayiş etmək üçün bir tur təşkil etdilərmi görəsən? Yoxsa bunuda Azərbaycanın təcavüzü kimi onlara təqdim ediblər? Bakının mərkəzində yerləşən erməni kilsəsi illərdir olduğu yerdə, olduğu kimi qalıb.

Bakı, Müqəddəs Qruqori kilsəsi

Kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

Biz kilsəni nişan alan bir xalq olsaydıq bizdə orada heyvan saxlayardıq sizin kimi, amma etmədik, etmərikdə…

Aynur Vəliyeva

Leave a Reply