Bakı yaxın 20 il ərzində global müsbət dəyişikliklərə nail olacaq

2040-cı il üçün Bakı şəhərinin tarazlı inkişafına nail olmaq və bazar iqtisadiyyatının artan tələblərini qarşılamaq məqsədilə “Yeni şəhər iqtisadiyyatı” üçün ümumilikdə təxminən 2800 hektar ərazinin inkişaf etdirilməsi və ya mövcud təyinatının dəyişdirilməsi tələb olunur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planına əsasən, ərazilərdən səmərəli istifadə üzrə tələbatlara dair göstəricilər iqtisadi inkişaf və məşğulluq üzrə proqnozlara əsaslanır.

Bakı şəhərinin Baş Planı çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinin 2040-cı ilə qədər olan dövr ərzində nəzərdə tutulan inkişafı məqsədilə ofislər üçün 65 hektar, sənaye parkları və anbar təsərrüfatları üçün 817 hektar, pərakəndə satış obyektləri üçün 90, qonaqlama obyektləri üçün 110 hektar, təsərrüfat sahələri üçün 249 hektar, bərpa olunan enerji təsərrüfatları üçün 1492 hektar ərazi lazımdır.

Hesablamalara əsasən, 2040-cı ilədək Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,25 milyon m3 səviyyəsindən 1,8 milyon m3-dək yüksəlməsi ehtimal olunur.

Su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarlarının və magistral su xətlərinin inşası nəzərdə tutulur. İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır.

Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcəkdir;

Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma