DİM hərbi xidmətə çağırılmış şəxslərə güzəşt edib

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş, lakin səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış namizədlərə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir.

Hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşlar da vardır. DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

İnanırıq ki, rəşadətli Azərbaycan ordusu qısa bir müddət ərzində düşməni məğlub edəcək və öz tarixi torpaqları, doğma vətəni uğrunda döyüşən igidlərimiz tezliklə qələbə sevinci ilə geri dönəcəklər.

Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırırıq ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma