Bərdə ərazisi “Toçka-U” kompleksindən atəşə tutulub-FOTO

Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə hücümlarını davam edir.

TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıblar.

Bərdə ilə yanaşı Ağcabədi rayonlarının kəndləridə atəşə tutulur.

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.

Gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib.

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.
Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır. 

Təşviqat tədbirlərinin məqsədi Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə rəşadət göstərən şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin təbliğ edilməsidir.
Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsi ilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilir.
Azərbaycan Ordusu adekvat tədbirlər görür.

Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikalar bölmələrimiz tərəfindən ələ keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.
Qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.

Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma