Azeri Light neftinin dünya bazarında qiymətinin proqnozu yenilənib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azeri Light neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, UNEC proqnozunda 2016-2023-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVİD 19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

2020-ci ildə Azeri Light neftinin dünya bazarında illik orta qiymətinin hər barel üçün 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

Leave a Reply