“World Skills International” təşkilatına üzvlüyə son hazırlıq işləri

Azərbaycanın “World Skills International” (WSI) təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üzrə son tədbirlər həyata keçirilməkdədir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə WSI təşkilatının rəhbər heyəti arasında təşkilata üzvlük istiqamətində onlayn görüş baş tutub. Bu görüşün davamı olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlər zamanı WSI təşkilatının fəaliyyət prinsipləri, standartları, eyni zamanda peşə yarışlarının keçirilmə qaydaları və prosedurları barədə Azərbaycan tərəfinə ətraflı məlumat verilib.

Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr  ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə üzvlüyün təsdiqlənməsi gözlənilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma