Gəncə QHT-ri şəhərin mülki əhalisinin raketlərdən atəşə tutulmasına dair bəyanat yayıb


Bəyanatda bildirilir ki, 4 oktyabr 2020-ci il tarixində, saat 10:30-dan başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri, Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri kasset tipli raket atəşinə tutulub.
TIME bildirir ki, bəyanatda təcavüzkar Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində mülki şəxslər həlak olub, insanlar yaralanlb, xüsusilə uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, eyni zamanda yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

“Gəncə şəhərinin Vətəndaş Cəmiyyəti Təsisatlatı, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

Gəncə QHT-ri bununla bağlı Ermənistan tərəfindən Gəncə şəhərinin mülki sakinlərinin məqsədyönlü şəkildə öldürülməsinə və nəticədə regiondakı vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bəyan ediblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma