DİQQƏT! ERMƏNİLƏRDƏN SAXTA TELEFON ZƏNGLƏRİ!-AUDİO

Ermənistanın informasiya müharibəsində növbəti təxribat cəhdi qeydə alınıb. Belə ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məqsəd, hər zaman olduğu kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın nəzərinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir. Səs yazısı əlavə olunur: bit.ly/3lgCTPV

Leave a Reply Cancel reply