Hikmət Hacıyev: Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik

Ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

Trend-in verdiyi məlumata əsasən, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: “Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik”.

H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Hikmət Hacıyev onuda qeyd edib ki, Azərbaycanın mülki əhalisinin və mülki obyektlərin Ermənistan tərəfindən atəşə tutulması müharibə cinayətidir.

O bildirib ki, Azərbaycan ordusu qarşısında aciz qalan Ermənisan xaincəsinə mülki əhalini atəşə tutmaqla əslində öz acizliyini və zəifliyini göstərir.

PA rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisini Ermənistanın öz ərazisindən də atəşə tutur. H.Hacıyev bildirib ki, burada Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək və digər beynəlxalq təşkilatları da münaqişəyə cəlb etməkdir. O bildirib ki, Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verir və onların hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edilir.

H.Hacıyev əlavə edib ki, ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: “Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər biz mübarizəmizi davam etdirəcəyik”.

H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, Ermənistan Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “smerç” raketlərindən atəşə tutur.

Mülki insanlar arasında yaralananlar və həlak olanlar var. Son günlər ərzində Ermənistan tərəfinin xain hərəkətləri nəticəsində mülki obyektlərə 10 mindən artıq raket atılıb.

Bu onu göstərir ki, Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Bu hücumlar cavabsız qalmır və adekvat cavabını alır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma