ERMƏNİ TƏXRİBATI MOBİL TELEFONLARDA – DİQQƏTLİ OLAQ!

Ermənistan informasiya müharibəsində də təxribatçı əməlləri davam etdirməkdədir. Belə ki, düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirməkdədir.

TIME Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin , məlumatına istinadən bildirir ki, bu istiqamətdə müvafiq tədbirlər görməkdədir.

Vətəndaşların nəzərinə çatdırılır ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda mobil cihazlara qarşı maksimum ehtiyatlı olmaq, təxribatın qurbanına çevrilməmək lazımdır.

Əgər mobil telefonlarınızda aşağıda qeyd olunan tətbiqlər (proqramlar) varsa, onları telefonunuzdan dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər. Ona görə də aşağıdakı proqramları mobil qurğularınızdan dərhal silməyiniz tövsiyyə olunur:

1. Snapchat
2.Picsart
3.Tamable
4.Codesignalcom
5.Renderforest
6.Zangi Messenger
7. Sololearn
8.Zoomerang
9.Shadowmatic

Bununla yanaşı, ölkəmizin internet istifadəçilərinə qarşı kütləvi kiberhücumlar həyata keçirilir.
Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən, aşağıdakı siyahıda göstərilən IP ünvanlar kiberhücumlara məruz qalmışdır. Həmin siyahıda göstərilən IP ünvan sahiblərindən xahiş olunur ki, vaxt itirmədən zərərvericinin hansı sistemə və ya qurğuya düşdüyünü  (IP kameralar və s.) müəyyənləşdirsinlər və müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirsinlər.

Yoluxmuş IP ünvanların siyahısı: https://bit.ly/3jkfpbY

Münkün kiberhücumların qarşısını almaq üçün istifadəçilərdən aşağıdakı təlimatlarda göstərilən qaydalara əməl etmələri tövsiyə olunur:
WiFi şəbəkəsinin təhlükəsizliyinə dair təlimat: https://bit.ly/345sy2c
İP kameraların təhlükəsizliyinə dair təlimat: https://bit.ly/2HAyfgS
Sosial şəbəkə hesablarının təhlükəsizliyinə dair təlimat: https://bit.ly/2SbnbsF

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda http://www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

HAQQIMIZDA

QANUNVERİCİLİK

FAYDALI MƏLUMATLAR

© 2013-2020 CERT.AZ | Bütün hüquqlar qorunur.Yuxarı get

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda http://www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma