Azərbaycan Prezidenti İlham Əliyev Şəxsi Twitter hesabında ordumuzun daha bir qalibiyyətini bəyan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət başçısı bu gün Azərbaycan ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etfiyini bildirib.
Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 4, 2020
Xatırladaq ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunub.