Azərbaycan ordusu işğal altında olan torpaqlar uğrunda uğurlu döyüşlərə davam edir- VİDEO

Azərbaycan ordusu yüksək əzmkarlıq nümayiş edərək qarşısına qoyduğu məqsədlərə nail olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib.

Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.
Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulub. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.
Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
  –    230-dək tank və digər zirehli texnika;

  –    250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  –    38 ədəd hava hücumundan müdafiə vasitələri;

  –    10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  –    7 silah-sursat anbarı;

  –    130-dan artıq avtomobil texnikası;

  –    1 ədəd “S-300” zenit-raket kompleksi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma