Təxribatçılar cəbhə bölgəsinin əhalisinə FHN adından təşviş yaradan səs yazısı göndərirlər-AUDİO

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Səs yazısına keçid: https://bit.ly/33mJOAY

https://bit.ly/33mJOAY

Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Leave a Reply Cancel reply