Azərbaycanın aparıcı futbol klunlarından biri olan “Qarabağ”-in baş məşqçisi Qurban Qurbanov klubun son qələbəsini cəbhədə döyüşən əskərlərimizə hısr etdiyini bəyan edib.
Trend-in verdiyi məlumata əsasən, Qurban Qurbanov bunu Avropa Liqasını pley-offunda Polşada “Legiya” üzərində qələbədən (3:0) sonra mətbuat konfransında bildirib.
“Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər”, – deyə o qələbə sevinci ilə bölüşüb.
Onun sözlərinə görə, bu çox vacib qələbə idi.
“Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram. Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirik”, – deyə o futbol matçı haqda təəsuratlarını bildirib.