Azərbaycan Prezidenti: “Ermənistanın avantürist və təcavüzkar rəhbərliyi yeni ərazilər uğrunda işğal siyasətini davam edir”

Azırbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə məktubla müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdikləri bəyanatda əks olunmuş obyektiv mövqeyə görə öz adından və Azərbaycan xalqı adından təşəkkürünü bildirib.

“Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur. Bu xain hücum nəticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Ancaq ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan layiqli cavabını almışdır.

Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu.

Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə münasibətdə sərgilədiyi saymamazlığı bir daha nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlarımızdan çıxarılmasını tələb edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır, – deyə President İlham Əliyev məktubda qeyd edib.

Sonda dövlət başçısı bir daha Azərbaycanın haqq işinə göstərdikləri dəstəyə görə mərkəzin üzvlərinə minnətdarlığını bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma