KOBİA sahibkarları bilik bacarıqlarını artırmağa çağırlb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən potensial sahibkarlar KOBİA-nın Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
KOB inkişaf mərkəzlərində, həmçinin sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcək.
Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
Bakı KOB İnkişaf Mərkəzi
Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə
Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88
E-mail: “baki@kobim.az”
Sumqayıt KOB İnkişaf Mərkəzi
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonu: (+994 55) 209 30 75
E-mail: “sumqayit@kobim.az”
Az1069, Bakı, Atatürk pr.,134
Tel:(+994 12) 404 04 01
E-mail: “info@smb.gov.az”, “www.smb.gov.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma