Ermənistan Silahlı qüvvələri Azərbaycan kəndlərini atəşə tutub

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.

TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən bildirir ki, oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.

Eyni zamanda, bu gün səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Müdafiə Nazirliyi Ermənistan tərəfindən tələb edib ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edib ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

Düşmənin artilleriya qurğularının məhv edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
  –   200-dək tank və digər zirehli texnika;

  –   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  –   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  –   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  –   5 silah-sursat anbarı;

  –   110-dan artıq avtomobil texnikası;

  –   1 ədəd “S-300” zenit-raket kompleksi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma