Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi davam edir

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan

müsabiqəyə elektron müraciət edənlərin sayı 600 nəfəri ötüb. Müraciət edənlər arasında ümumtəhsil fənn müəllimi  vakansiyalarına daha çox maraq müşahidə olunur.

Qeyd edək ki, sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Proses 1 oktyabr tarixinədək davam edəcək.

Leave a ReplyCancel reply