İşçiləri istirahət günləri işlətmək nə dərəcədə qanuna uyğundur?

Əmək Müfəttişliyi işçilərin şənbə və bazar günü işləməsinə münasibət bildirdi.

TIME bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə “Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi” mövzusuna həsr edilmiş video görüşdə qeyd edib ki, iş rejimi və uçotu ilə tanış olmadan işçilərini şənbə və bazar günləri işlədən müəssisələrin əmək fəaliyyətinin qanunsuz olduğunu demək düzgün deyil.

Onun sözlərinə görə, bəzi müəssisələr işçilərini şənbə və bazar günləri də işlədirlər:

“Amma bu halda işçilərin işlədilməsi rəsmiləşdirilməlidir. Bu məsələ işçilər arasında, eyni zamanda iş vaxtı rejimi və uçotu tənzimlənməlidir. Iş vaxtı rejimi və ucotu ilə tanış olmadan onların qanunsuz fəaliyyət göstərdiyini demək düzgün deyil. Təbii ki, bu hallar qanuna uyğun olmadıqda DƏMX tərəfindən inzibati tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, işəgötürənlər müstəsna hallarda, məsələn, təbii fəlakətlərin, epidemiyaların, epizootiklərin, istehsalat qəzalarının qarşısını almaq və ya nəticələrini aradan qaldırmaq, şirkətin işinin dərhal həyata keçirilməsindən asılı olan təcili və planlaşdırılmamış işlərin görülməsi məqsədi ilə işçiləri şənbə və bazar günləri işə cəlb edə bilərlər.

Bundan başqa, bu məsələ işəgötürənlə işçi arasında bağlanan müqavilənin şərtlərindən asılıdır, çünki elə sahələr var ki, misal üçün, bazarlar və mağazalar, onların əsas alıcı axını şənbə və bazar günləri olur və bu şirkətlərdə adətən iş növbəlik prinsipi ilə qurulur. Bu məsələni həll edərkən işəgötürən əmək kollektivinin fikrini öyrənməlidir və qanunvericiliyə uyğun iş prosesi təşkil edilməlidir.

Dünyanın əksər ölkələrində, ümumi istirahət günü bazar günüdür, qanunla müəyyənləşdirilməyibsə, beş günlük iş həftəsi ilə ikinci istirahət günü şirkətin iş qrafiki ilə müəyyən edilir. Bir qayda olaraq, həftə sonları ardıcıl olaraq verilir, yəni şənbə və bazar, ya da bazar və bazar ertəsi ola bilər.

Adi həftəsonları işləyən şirkətlər var, çünki onlar əhaliyə xidmət göstərirlər: teatrlar, muzeylər, mağazalar və s. Davamlı fəaliyyət göstərən müəssisələrin işçilərinə növbə qrafikinə əsasən istirahət günləri verilir. Beləliklə, işçinin istirahət günü ilə şirkətin istirahət günü arasında fərq qoymaq lazımdır.

Lakin birmənalı şəkildə demək olar ki, hamilə qadınlar həftəsonları, 3 yaşınadək uşağı olan analar, uzun müddət müalicə üçün xəstəxanada qalması səbəbi ilə uşaqları anasız böyüdən atalar, qəyyumlar, övladlığa götürən valideynlərdən biri heç bir halda şənbə bazar günləri işə cəlb oluna bilməz.

Beynəlxalq təcrübədə işəgötürən ondan həftə sonları işə çıxmasını tələb edərsə, işçi nə etməlidir?

  • bunun üçün bir səbəb olmadığı təqdirdə imtina edə bilərsiniz
  • ikiqat ödəniş və ya başqa bir istirahət gününün verilməsini tələb edə bilərsiniz
  • işəgötürən hüquqlarınızı pozursa və eyni zamanda tətildə və ya həftəsonunda işləmək əmrini yerinə yetirmədiyinə görə sanksiyalarla (işdən çıxarılma, töhmət və s.) təhdid edərsə, onun əmək qanunvericiliyinin pozulması barədə Dövlət Əmək Xidmətinə müraciət edə bilərsiniz.

Bu günlərdə BMT pandemiya nəticəsində dünyada müşahidə edilən iqtisadi böhranın nəticəsində əmək bazarında işçi qüvvəsinin qiymətdən düşməsini qeyd edib və şirkətlərin bu arada sosial həssas əhali qruplarına qarşı daha ədalətli olmağa çağırıb.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma