“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq.  2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:

1Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)15Qadın gözəllik salonu
2PVC qapı və pəncərə hazırlanması16Avtomobil şinlərinin təmiri
3Kişi bərbərxanası17Avtoyuma
4Avtoyağlama18Avtoçilingər
5Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)19Dülgər
6Dəmirçi20Dönərçi
7Avtotornaçı (tokar)21Yem üyütmə xidməti (mini yem dəyirmanı)
8Parket və taxta döşəmə cilalanması22Yun darama
9Avtoelektrik23Naxış vurma
10Meyvə qurutma24Təlim-tədris
11Fitnes (idman)25Musiqiçi
12Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 26Ayaqqabı təmiri və istehsalı
13Broyler inkubatoru27İstixana
14Poliqrafiya xidmətləri28Foto xidməti

Layihəyə cəlb edilmək üçün http://www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək,  https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Əlavə məlumat almaq üçün: 142 – Çağrı mərkəzi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma