Azərbaycanda koronavirusa qarşı peyvənd ilk növbədə kimlərə vurulacaq?

Azərbaycanda koronavirusa qarşı peyvəndin paylaşdırılması ilə bağlı strategiya hazırlanır.

TIME bildirir ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

Bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı verib.

O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq.

O qeyd edib ki, yəqin ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır.

R.Bayramlı deyib ki, sazişə əsasən, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dollar avans məbləği şəkilində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alacağımız vaksinin ödənişinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır.

Daha sonra məsələ Fondun İctimai Nəzarət Şurasında müzakirə olunub və Şura üzvləri vəsaitin ayrılmasını dəstəkləyiblər.

Dünya təcrübəsinə əsasən peyvəndlər ilk növbədə risk qrupuna aid olan əhali qruplarına və peşə sahiblərinə vurulur, yəni birmənalı olaraq demək olar ki, ilk növbədə peyvəndlər həkimlərə və insanlarla sıx əlaqədə olan digər peşə sahiblərinə vurulmalıdır, çünki onların yoluxma və yoluxdurma ehtimalları daha yüksəkdir.

Qeyd edək ki, son məlumata əsasən Azərbaycanda COVID19 infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ümumilikdə ölkədə pandemiya dövründə 39280 nəfərin virusa yoluxması təsdiq edilib, onlardan  36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər virusa yoluxma nəticəsində ölüb.    

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma