Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək

Azərbaycanda 2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gələn il proqram 15 min ailəni əhatə edəcəyi gözlənilir.

Ümumilikdə növbəti ildən özünüməşğulluq proqramı illik 15  min ailənin kiçik biznesə çıxışına imkan verəcək. Bu da o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram  illik orta hesabla 60 min nəfərin rifahına dəstək verəcək.

Proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin  üzvləri və başqalarıdır.

Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma