DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Dövlət imtahan mərkəzi, müsabiqə şərtlərini ödəmiş abituriyentlərə qeydiyyatdan keçib müsabiqədə iştirak etməyə icazə verildiyi bildirib.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə ərizələrinə daxil olub həmin bəndi əlavə etməyə icazə verilib.

Müsabiqə şərtlərini ödəmiş abituriyentlər kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başa çatanadək müvafiq qeydi edib ixtisas seçimində iştirak edə biləcəklər. İxtisas seçimi tarixləri haqqında məlumat veriləcəkdir.

Müsabiqəyə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən, lakin qabiliyyət imtahanları ləğv olunan ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatıda davam edir.

DİM-in yaydığı məlumata əsasən, hələlik abituriyentlərin yalnız 25%-i qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.

Xatırladaq ki, qəbul olunan abituriyentlər 25 sentyabr saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

21 sentyabr saat 11:00-a olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25%-i qeydiyyatdan keçib.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma