“Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulma proseduru asanlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirildi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihəyə cəlb edilmək istəyən işsiz aztəminatlı şəxslər, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslər Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “layihə müraciət formu”na  (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub.

Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma