Böyrək transplantasiyası olunan və talassemiyalı xəstələrə əlilliyin təyinatı məsələsi müzakirə edilir

Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir.

Trend-in məlumatına görə, bunu ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, transplantın vəziyyətindən asılı olaraq şəxsə 1 və 2-ci dərəcə əlillik verilir: “Vətəndaş transplantasiya, hazırkı vəziyyəti haqqında laborator müayinələrlə bağlı agentliyə və ya yerli TSEK-ə müraciət etməlidir. Əksər hallarda 10 iş günü ərzində bu məsələyə baxılır”.

M.Məmmədova qeyd edib ki, yüngül vəziyyəti olan autizmli xəstələrə əlillik təyin edilməsə də, xəstəliyin ağır hallarında şəxsə əlillik dərəcəsi təyin edilir.

Agentlik nümayəndəsi bildirib ki, talassemiyalı xəstələrə əlillik dərəcəsi təyin edilir: “Amma əlilliyin təyini üçün göndərişin yazılmasına görə TSEK məsuliyyət daşımır. Göndəriş səthi yazıldıqda ona imtina cavabı yazıla bilər”.

Bununla yanaşı qeyd edilib ki, əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin qərarı ilə şəxsin iştirakı olmadan onlayn qaydada aparılır.

M. Məmmədovanın sözlərinə görə, forma 88 göndərişi əsasında vətəndaş yaşadığı yer üzrə səhiyyə müəssisəsinə müraciət etməlidir və oraya bütün stasionar müalicələrini əks etdirən sənədlər təqdim etməlidir. Göndəriş rəsmiləşdirildikdən sonra ƏƏSMN-nin əlillik üzrə alt sisteminə daxil olunur. Burada bütün məlumatlar qiymətləndirilmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasına yönəldilir. Əilliyin təyin edilməsi haqqında şəxsin mobil telefonuna SMS-lə məlumat göndərilir.

Böyrək çatışmazlığı olan xəstələrə onların vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.

Böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.

M.Məmmədova əlavə edib ki, görmə qabilliyyəti zəif olan şəxslər də əlillik dərəcəsi ala bilər: “Bunun üçün görmə qabiliyyəti əksər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir”.

M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: “Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma