“Virtual məktəb”lə bağlı alternativ müraciət vasitələri

Sentyabrın 15-dən etibarən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları yaradılıb.

Belə ki, “Virtual məktəb”lə bağlı “Qaynar xətt” xidməti ilə yanaşı teams@tsii.edu.az elektron poçt ünvanına, virtual.edu.az  vasitəsilə “Virtual bələdçi”nin tez-tez verilən suallar xidmətinə, “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsinin (https://rb.gy/fdrnxn ) ismarıc bölməsinə müraciət edə bilərsiniz.

Xatırladaq ki, pandemiya şəraitində vətəndaşların təhsil sahəsi ilə bağlı qarşılaşdıqları bir sıra çətinlikləri həll etmək, eləcə də onlara psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi mövcud xidmətlərini daha da təkmilləşdirir və yeni xidmətlər təqdim edir. Artıq bir müddətdir ki, istifadəyə verilən 146-3 “Qaynar xətt” xidmətinə mənəvi-psixoloji dəstəyə ehtiyacı olan şagirdlər, müəllimlər, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. Bu zaman hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunur. 146-3 “Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma