Elektron Kredit Platformasına müraciətlər artır

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması üzərindən (www.e-edf.gov.az) müraciətləri davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, indiyədək Elektron Kredit Platforması üzərindən 765,3 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 2700-dən çox müraciət qeydiyyata alınıb. Artıq 253 müraciət üzrə ümumi həcmi 52,6 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, eləcə də 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma