Yeni tədris ilinin ilk günü və təhsil nazirinin təbrik müraciəti -FOTO

2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, du gün I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Təhsil naziri Emin Əmrullayevin yeni tədris iliniz başlanması və “Bilik günü” münasibətilə şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik edib.

“Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər! Bu gün, yeni tədris ilinin ilk günü hər birinizi salamlayır və 2020-2021-ci tədris ilində uğurlar arzulayıram. Qlobal pandemiya səbəbindən bu il dünyada, eləcə də ölkəmizdə yeni tədris ilinə fərqli formada başlamalı oluruq. Bu, təhsilalanlar, təhsilverənlər, eləcə də təhsil idarəçiləri üçün bir sıra çağırışlar və imkanlar yaradır.

Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.

Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.

Yeni tədris iliniz mübarək olsun!”, – təbrik müraciətində qeyd edilib.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Bu gündən distant formada tədrisə başlayan ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunanadək distant şəkildə tədris davam etdirilir.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacaq. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma