“Baza bank xidmətləri” müəyyən müştəri qrupu üçün pulsuz təqdim edilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanmış “Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulub.

Banklar tərəfindən aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunması ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma