Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib – VİDEO

Azərbaycan Peşəkar Boks Federasiyasının icazəsi və nəzarəti ilə, ölkədə və xaricdə peşəkar boks döyüşlərinin keçirilməsi və Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı ilə məşğul olan Baku Fight Lab promouter şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib.

“Boks Gecəsi”ndə ölkənin 16 peşəkar boksçusu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr Boxrec tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.

“Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin inkişafı üçün müxtəlif işlər həyata keçirir. Fevralda ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə beynəlxalq təlimlər keçirmişdik. Hazırda isə promouter şirkəti ilə əməkdaşlıq nəticəsində “Peşəkar Boks Gecəsi” keçirilib. Bunlar mühüm nailiyyətlərdir və bu kimi işlər davam edəcək. Məqsədimiz peşəkar boksçularımızın inkişafı, beynəlxalq arenada uğur qazanması və bu idman sahəsində ölkəmizin tanınmasıdır,” deyərək Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənov bildirib.

Tədbirin təşkilində Azərbaycan Peşəkar Boks Federasiyasının rəhbərliyinin və əməkdaşlarının xüsusi əməyi olub.

“Peşəkar Boks Gecəsi” açıq havada, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib. Döyüşlərin keçirildiyi ərazi tədbirdən öncə və gedişatı boyu mütəxəssislər tərəfindən dezinfeksiya edilib. Bütün iştirakçılar – boksçular, məşqçilər, federasiya nümayəndələri, təşkilat komandası və bütün texniki heyət qoruyucu maskalardan və dezinfeksiya vasitələrindən istifadə edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma