2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər

Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə əmr imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və bununla da çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması əsas məsələlərdəndir.

Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən)  təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlbi nəzərdə tutulur.

Əsas hədəflər sırasına məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi, eləcə də “Rəqəmsal bacarıqlar” və “STEAM” pilot layihələrin icrası ilə bağlı məsələlər də daxildir.

Eyni zamanda təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması aktual məsələlər sırasında yer alır.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir.

Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız,  840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir.

Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma