Yeni dərs ili üçün nümunəvi cədvəllər tərtib edilib

Azərbaycan Təhsil Nazirliyi yeni tədris ili ərəfəsində məktəb rəhbərlərinə və müəllimlərə nümunəvi dərs cədvəllərini təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nümunəvi dərs cədvəlləri 4 versiyada tərtib edilib.

“Hörmətli məktəb rəhbərləri və müəllimlər, Hibrid tədris üçün dərs cədvəli nümunəsini  təqdim edirik.  Bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir: əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün; əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə; əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün; əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə. Bu nümunədən istifadə etməklə sizin məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz”, – deyə müraciətdə qeyd edilib.

Təhsil sistemi işçilərinin nəzərinə çatdırılıb ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

“Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır”, – deyə müraciətdə müəllimlərə tövsiyə edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma