DİM abituriyentlərə ixtisas seçimi ilə bağlı və sair məsələlər ilə bağlı tövsiyyələrini verib – VİDEO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II ixtisas qrupu ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verib.

TIME bildirir ki, M. Abbaszadə abituriyentlərə müraciətində qeyd edib ki, bu il II ixtisas qrupunda keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.

Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən ilə nisbətən daha aşağı olacağı gözlənilir: “Amma ola bilər ki, hər-hansı yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq biz bunu indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır”.

Bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.

Qeyd edilən dəyişiklik yalnız bu ilə aiddir.

 “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.

Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötən ilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.

M. Abbaszadənin sözlərinə əsasən, ötən ilki buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalıb. “Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər”.

11 illik təhsil bazasıdan kolleclərə ixtisas seçiminə ali məktəblərə qəbulun nəticələri məlum olduqdan sonra başlanılır.

Hazırda kolleclərə ixtisas seçimi ilə bağlı konkret tarix söyləmək mümkün deyil və ola bilsin ki, bu prosesə sentyabrın sonunda başlanılacaq.

DİM rəhbərinin verdiyi məlumata əsasən, müəyyən qrup abituriyentlərin təhsil haqları dövlət hesabına ödənildiyi üçün onlar ali məktəblərə ixtisas seçimi zamanı dövlət sifarişli yerlər istisna olmaqla, ödənişli ixtisaslara qəbul olmaq üçün yerlər seçə bilərlər.

M.Abbaszadə əlavə edib ki, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar ödənişli yerlərə qəbul olduqda onların təhsil haqları dövlət hesabına ödəniləcək.

Məcburi köçkünlər, 1 və 2-ci qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların təhsil haqları dövlət tərəfindən ödənilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma