Operativ Qərargah uşaq bağçalarının açılmasına icazə verib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 330 №li Qərarı bu gün imzalanıb və rəsmi sayta yerləşdirilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır.  Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma