Türkiyə Tovuz istiqamətində erməni təxribatı haqqında film hazırlayıb – VİDEO

Türkiyə-Azərbaycan qardaşlığına və iyul ayında Tovuz istiqamətində erməni təxribatına həsr edilmiş film hazırlanıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, filmdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər dövlət rəsmilərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin fikirləri yer alıb.

Filmdə Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi irimiqyaslı layihələr, iki qardaş ölkə arasındakı mövcud əməkdaşlıq, Türkiyə-Azərbaycan qardaşlığının tarixi və digər məsələlər haqqında söz açılıb.

Eyni zamanda qeyd edilib ki, Tovuz təxribatı zamanı ermənilər öz məqsədlərinə nail ola bilmədilər.

Leave a Reply