Dövlət İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək və geyim xərclərini üzərinə götürüb

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normaları təsdiq edilib.

TIME rəsmi sənədə istinadən bildirir ki, qərara əsasən Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

“Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması normaları” təsdiq edilib.

Normalara əsasən, oğlan üçün geyim forması tünd göy rəngli isti gödəkcə (1 ədəd 4 il), tünd göy rəngli pencək (1 ədəd 2 il 3), tünd göy rəngli şalvar (1 ədəd 2 il), qara rəngli qayış (şalvar üçün) (1 ədəd 2 il), ağ rəngli qısaqol köynək (1 ədəd 2 il), ağ rəngli uzunqol köynək (1 ədəd 2 il), tünd göy rəngli qalstuk (1 ədəd 2 il),  tünd göy rəngli şərf (1 ədəd 2 il).

Qız üçün geyim forması ibarətdir: göy rəngli isti gödəkcə (1 ədəd 4 il), tünd göy rəngli pencək (1 ədəd 2 il), tünd göy rəngli şalvar (1 ədəd 2 il), tünd göy rəngli yubka (1 ədəd 2 il), qara rəngli qayış (şalvar və yubka üçün) (1 ədəd 2 il), ağ rəngli qısaqol köynək (1 ədəd 2 il), ağ rəngli uzunqol köynək (1 ədəd 2 il), tünd göy rəngli şərf 1 ədəd (2 il).

Qərarın icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma