Aliment ödəməkdən yayınan ataların azadlığı məhdudlaşdırıla bilər

Bu ilin 6 ayında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq iş olub.

TIME bildirir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib. Onun sözlərinə görə, daxil olan işlərin böyük əksəriyyəti həll edilib.

“Təəssüf ki, borclu şəxslər könüllü şəkildə alimenti ödəmək istəmirlər. Biz tövsiyə edirik ki, atalar öz atalıq borclarını yerinə yetrisinlər. Doğrudur, aliment ödəyən analar da var. Amma alimentin ödənilməməsilə bağlı əsas problemlər atalarla bağldır. Ata unutmamalıdır ki, övladı üçün ayrılan vəsaiti ödəmək vəzifəsi var. Bunu hansısa icra məmuru ona xatırlatmamalıdır. Nəzərə almalıdır ki, barəsində inzibati tədbir görülə bilər, hətta 1 ayadək azadlığı məhdudlaşdırıla bilər”,- deyə o bildirib.

F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:

“Amma bunlar da məcburi ödəmələrdir. Könüllü ödəmələr cəmi 1 faizdir. İşlərin 15 faizi 3-5 aylıq gecikmələrlə müşahidə edilir. Aliment ödəməkdən tamamilə yayınanlar da var”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma