Bankların “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 

2020-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:

1.Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)16.Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 
2.PVC qapı və pəncərə hazırlanması17.Brolyer inkubatoru  
3.Kişi bərbərxanası18.Qadın gözəllik salonu
4.Avtoyağlama19.Avtomobil şinlərinin təmiri
5.Komputer oyun salonu20.Avtoyuma
6.Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)21.Avtoçilingər  
7.Dizayner22.Dülgər
8.Dəmirçi23.Dönərçi
9.Avtotornaçı (tokar)24.Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10.Parket və taxta döşəmə cilalanması25.Yun darama
11.Avtoelektrik26.Naxış vurma
12.Meyvə qurutma27.Təlim-tədris
13.Fitnes (idman)28.Musiqiçi
14.Poliqrafiya xidmətləri29.Ayaqqabı təmiri və istehsalı
15.Foto xidməti30.İstixana

     
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər:  project.dma@sosial.gov.az; mesgulluq@bbn.az

E-mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma