Jurnalistlər binası pandemiya dövründə zəruri qurğular ilə təmin edilib (FOTO)

Bakıda jurnalistlər üçün inşa edilən binalardan birinin girişi yanında pandemiya dövründə zəruri qurğular quraşdırılıb.

TIME bildirir ki, ilk təşəbbüsü  Bakı Nəqliyyat Agentliyi (BNA) həyata keçirirb və qeyd edilın ərazidə “BakıKart” balans yükləmə terminalı quraşdırıb, hansı ki, iki Jurnalistlər binasına xidmət göstərir.

Bir neçə gün fasilə ilə Kapital Bank yaşayış massivlərinin rahatlığını təmin etmək məqsədilə burada bankomat yerləşdirib.

Qeyd edək ki, pandemiya dövründə tətbiq edilmiş karantin rejimində bu avadanlığın quraşdırılması və dayanıqlı internet xidmətlərinin təmin edilməsi bina sakinləri üçün çox böyük əhəmiyyət kəsb edir.

Binada yaşayan jurnalistlər Kapital Bank və BNA rəhbərliyinə fəaliyyətlərində uğurlar arzu edib, təşəkkürlərini bildiriblər.

Leave a Reply Cancel reply