“Əməyin təhlükəsizliyi ” standartlaşdırma üzrə yeni Texniki Komitə yaradılıb

Azərbaycan Standartlaşdırma İnstitutunun əmri ilə “Əməyin təhlükəsizliyi ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 21) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, texniki Komitənin yaradılmasında əsas məqsəd əmək və peşə sahəsini tənzimləyən təhlillərin normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 21) sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirəcəkdir.

AZSTAND/TK 21-in strukturuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma