Karantin rejimi Bakı, Sumqayıt və Abşeronda yumşaldılaraq uzadılır: təhsil müəssisələrinin, muzey və sərgilərin işi bərpa olunur

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə dəyişikliklərə dair qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə Xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-dək uzadılır.

Nazirlər Kabinetinin 311 №-li Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulur.

31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. (Bu Qərara əsasən fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdı.)

Fərdi, qrup halında tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verilir (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti  2020-ci ilin sentyabrın 15-dək dayandırılır.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması  2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.

Beləliklə, 2020-ci il:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin 312 №li Qərarı ilə xüsusui karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyənləşib.

Beləki:

Məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il  sentyabrın 15-dən;

Ümumi təhsil müəssisələrində:

– ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

– xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli  təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il  sentyabrın 15-dən;

– ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş)  üzrə – 2020-ci il  oktyabrın 1-dən;

– ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

– ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il  oktyabrın 15-dən.

Peşə təhsili müəssisələrində:

– qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

– peşə təhsilinin bütün səviyyələri üzrə  – 2020-ci il oktyabrın 15-dən.

Ali və orta ixtisas təhsili müəssisələrində:

– I kurs tələbələri üçün  – 2020-ci il oktyabrın 1-dən;

– II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il  oktyabrın 15-dən;

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə tədris prosesi başlanır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 (on) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının bütün  ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma