“Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək məqsədilə hansı tədbirlər görülür?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilir.

TIME rəsmi mənbəyə əsasən bildirir ki, ilk olaraq iştirakçıların və onlar üçün yaradılacaq bağçılıq təsərrüfatının növünün seçimi aparılır, iştirakçılar üçün biznesə başlama və biznesin idarə edilməsinə dair təlimlər keçirilir.

Növbəti mərhələdə torpaq sahələri əkin üçün hazır vəziyyətə gətirilir, ərazi köhnə ağaclardan, kollardan, daşlardan təmizlənir və tinglər əkilir. Ərazi hasara alınır, elektrik xətləri çəkilir və damla suvarma sistemi quraşdırılır.  

Həmçinin bağlarda mütəmadi monitoriqlər keçirilərək mövcud vəziyyət qiymətləndirilir. İştirakçılar gübrə və dərman vasitələri ilə təmin edilir, onlara lazımı aqrotexniki və digər məsləhət xidmətləri göstərilir. Qurumuş və inkişafdan qalmış tinglər yeniləri ilə əvəz edilir, iştirakçıların avadanlıqlara olan əlavə ehtiyacları da təmin olunur.

Xatırladaq ki, 2018-ci ildən reallaşdırılan layihə çərçivəsində 375 ailə üçün bağ salınıb. Cari ildə 16 rayon üzrə 250 aztəminatlı ailə üçün intensiz meyvə bağlarının yaradılması da nəzərdə tutulur. Hazırda layihəyə müraciətlərin həmin rayonlar üzrə Ərazi Məşğulluq Mərkəzləri tərəfindən qeydiyyatı davam edir. Son müraciət tarixi sentyabrın 1-dir.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb.

Onlardan 970 nəfəri əlilliyi olan şəxslər, 659 nəfəri məcburi köçkünlər, 87 nəfəri şəhid ailəsi üzvləri, 78 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 57 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.

Ozünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək.  Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi işləri aparılır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma