DOST Agentliyi kibercinayətkarların növbəti qurbanı olub

Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib.

TIME DOST Agentliyinin rəsmi məlumatına istinadən bildirir ki, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla bağlı sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, bu seçimlərdən heç biri aktiv deyil. Çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bu yolla həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.

“Bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsi ilə cəlb edilmir. Vətəndaşları bir daha kiber cinayətkarların bu cür əməllərindən qorunmağa, özləri barədə fərdi məlumatları etibarlılığı şübhə doğuran internet resurslarında bölüşməməyə, o cümlədən DOST Agentliyi ilə məlumat mübadiləsini yalnız rəsmi informasiya kanallarımız vasitəsi ilə həyata keçirməyə çağırırıq”, – deyə agentlik bəyanatında qeyd edib.

Əlavə olaraq DOST Agentliyi ona məxsus olan rəsmi informasiya kanallarını ictimaiyyətin nəzərinizə çatdırıb:

İnternet saytı:  http://dost.gov.az/

Facebook:       https://www.facebook.com/dost.agentliyi

İnstagram:       https://www.instagram.com/dost.agentliyi/

Youtube:          https://www.youtube.com/с/dostagentliyi

Telegram:        https://t.me/dostagentliyi

“Könüllü DOST” proqramına qoşulmaq üçün isə aşağıdakı keçidlərdən istifadə etmək olar:

Rəsmi İnstagram hesabından:  https://www.instagram.com/konullu.dost

Rəsmi Facebook səhifəsindən: https://www.facebook.com/konullu.dost

Rəsmi Facebook qrupundan:    https://www.facebook.com/groups/konullu.dost

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma