Prezident və birinci xanım bir neçə binanın açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə binanın açılışda iştirak ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı və birinci xanım Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

Onlar həmçinin Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin açılışında da iştirak ediblər.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.

Leave a Reply