Bu gün Azərbaycanın təkrarolunmaz Xanımının ad günüdür

İllər öncə avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində gözəl bir qız uşağı dünyaya gəlir və o zaman bəlkə də heç kəsin ağlına belə gəlməzdir ki, Allahın göndərdiyi bu pay təkcə bir ailəni deyil – bütün Azərbaycanı öz xeyirxah əməlləri ilə xoşbəxt edəcək, onun adı dünya mətbuatında çəkiləcək  və o ölkəmizin mədəni-mənəvi irsinin, tarixinin, idmanının və nəhayət qonaqpərvərliyinin bütün dünyada tanınmasında əsas rol oynayacaq.

Bu gün, Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, Mehriban Əliyevanın ad günüdür. İxtisası göz həkimi olsa da, fəaliyyəti hər zaman daha geniş, çoxistiqamətli olub və o xeyriyyəçiliyi ilə o təkcə Azərbaycanda deyil dünyanın bir çox ölkəsində özünü tanıdıb.

Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə  ir neçə dildə çap olunan “Azərbaycan – İrs” jurnalı təsis edilib. Onun rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası (AGF) idmançılar üçün elə bir şərait yaradıb ki, bir çox ölkənin idmançıları bizim ölkədə çalışmaq və məşq etmək istədiyi dəfələrlə dilə gətirib. İlkin mərhələdə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak etmiş, Dünya və Avropa Çempionatlarının mükafatçıları olublar.

Bununla yanaşı, Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. Heydər Əliyev Fondunun xeyriyyə aksiyaları təkcə ölkəmizdə deyil, digər ölkələrdə də bir sıra sosial problemlərin həllinə səbəb olub.

Məhz Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə nail olmuşuq və incəsənət əsərlərimizim, musiqi alətlərimizin, muzeylərimizin və s. UNESCO-nun mədəni-mənəvi irsi siyahısına daxil olunmasına nail olmuşuq və bütün bunlar onun gördüyü xeyirxah işlərin gözə görünən kiçik bir hissəsidir.

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və sair böyük xidmətlərinə görə Mehriban Əliyeva bir çox beynəlxalq təşkilatların və Azərbaycan dövlətinin dəyərli mükafatlarına layiq görülüb.

Lakin hər bir qadın üçün olduğu kimi, Mehriban Əliyeva üçündə, yəqin ki, ən dəyərli mükafat Yaradanın ona bəxş etdiyi gözəl ailə, qayğıkeş həyat yoldaşı, üç övladı və nəvələridir.

Mehriban xanıma, möhkəm can sağlığı, bir həyat boyu bol-bol xoşbəxt anlar və övladlarının daim xoşbəxt olmasını arzu edirik. Ad gününüz mübarək, Mehriban xanım!

Hörmətlə, Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma