“Bərabərik” – yeni sosial layihə – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü olan  “Bərabərik” adlı layihəyə başlanacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə çərçivəsində istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişlər təqdim ediləcək.

Layihənin məqsədi əlilliyi olan şəxslərin timsalında əlilliyin istedad və bacarıqlara, öz arzularını reallaşdırmağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilmədi, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də bunu özündə təcəssüm etdirir.

“Bərabərik” adlı layihəyə bu gün saat 21:30-da “MTV Azərbaycan”da start verilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma