Şair Fikrət Qocanın 85 illik yubileyidir

Azərbaycanın tanınmış şairi Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Fikrət Qocanln sabah, 25 avqust, tarixində 85 illik yubileyi olacaq.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.

Dövlətimizin başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Onun əsərləri 1956-cı ildən başlayaraq mətbuatda çap edilir.  Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Fikrət Qocanın şeirləri əsasında “Könlüm”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s. mahnıları bəstələnib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma